Qızıl neftin ucuzlaşması fonunda 4 175 dollardan yuxarı qalxıb

09:59 - 19.10.2026


19 Oktyabr, Fineko/abc.az. Qızılın qiyməti neft bazarındakı ucuzlaşmanın inflyasiya təzyiqini zəiflədəcəyi gözləntiləri fonunda həftəyə artımla başlayıb. Spot qızıl 0,3% bahalaşaraq bir unsiya üçün 4 175,60 dollara yüksəlib, dekabr fyuçersləri isə 0,4% artımla 4 196,40 dollar təşkil edib.

Qızıldan başqa, gümüş 0,9% artaraq 57,54 dollara, platin 0,7% yüksələrək 1 642,29 dollara, paladium isə 1,5% dəyər qazanaraq 1 129,13 dollara çatıb.