10:31 - 19.10.2026
19 oktyabr, Fineko/abc.az. 2026-cı ilin ilk 9 ayında Azərbaycanın ümumi ixracı təxminən 23,86 milyard ABŞ dolları, idxalı isə 13,35 milyard ABŞ dolları təşkil edib.
İxracın əsas hissəsini 17,21 milyard dollarla (72,13%) neft-qaz sektoru məhsulları təşkil edib. Bu kateqoriyada xam neft (10,10 milyard dollar) və təbii qaz (6,45 milyard dollar) üstünlük təşkil edir.
Qeyri-neft/qaz sektoru üzrə ixracın dəyəri isə 6,65 milyard dollar (27,87%) olub.
Qeyri-neft ixracında ən böyük paya işlənməmiş və ya yarımişlənməmiş qızıl (3,78 milyard dollar — qeyri-neft ixracının 56,85%-i), tərəvəz və meyvə (671,4 milyon dollar), kimya sənayesi məhsulları (260,5 milyon dollar) və plastmas məmulatları (261,6 milyon dollar) sahibdir.
İdxal strukturunda isə ən böyük payı maşın, mexanizm, elektrik aparatları və onların hissələri (3,08 milyard dollar — idxalın 23,06%-i), yeyinti məhsulları (2,07 milyard dollar — 15,49%) və nəqliyyat vasitələri ilə onların hissələri (1,90 milyard dollar — 14,25%) tutub. Bundan başqa, 863,2 milyon dollar dəyərində qara metallar və 443,7 milyon dollar dəyərində plastmassa məmulatları idxal olunub.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026