Neft bahalaşır: Brent markalı neftin bir bareli 109,92 dollar təşkil edir

09:40 - 20.10.2026


20 oktyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri çərşənbə axşamı keçirilən ticarət əməliyyatları zamanı yüksəlir.

Saat 09:35-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" markalı neftin dekabr fyuçersləri $0,37 (0,34%) bahalaşaraq bir bareli üçün 109,92 dollara çatıb. 19 oktyabr ticarətinin yekunlarına əsasən, müqavilənin dəyəri 0,31 dollar (0,28%) azalaraq bir bareli üçün 109,55 dollar təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" markalı neftin dekabr fyuçersləri bu saata qədər 0,22 dollar (0,22%) bahalaşaraq bir bareli üçün 98,76 dollara yüksəlib. Əvvəlki sessiyanın yekunlarına görə, müqavilənin qiyməti 0,48 dollar (0,48%) ucuzlaşaraq bir bareli üçün 98,54 dollar olub.