“Qala Həyat Sığorta” ASC-nin əsas əməliyyat gəlirləri 20,1 milyon manatadək azalıb

16:04 - 22.10.2026


22 oktyabr, Fineko/abc.az. “Qala Həyat Sığorta” ASC 30 sentyabr 2026-cı il tarixi üzrə əsas əməliyyat gəlirləri 22,7 milyon manatdan 20,1 milyon manatadək azalıb.

Bu barədə sığorta şirkətinin maliyyə hesabatında qeyd edilib.

Ümumi xərclər isə 11,7 milyon manatdan 13,2 milyon manata çatıb. Əsas əməliyyat xərcləri 4,9 milyon manat təşkil etdiyi halda, işlərin aparılması xərcləri azalaraq 8,5 milyon manatdan 8,3 milyon manata düşüb.

Şirkətin topladığı ümumi sığorta haqları 22.7 milyon manatdan 20,1 milyon manatadək azalıb. Sığorta ödənişləri isə 2,2 milyon manatdan 3,8 milyon manata yüksəlib.

Şirkətin ümumi investisiya portfeli 37 milyon manatdan 41 milyon manatadək böyüyüb. Ümumi istiqraz yatırımları 26,2 milyon manatdan 10,1 milyon manatadək geriləyib. O cümlədən, dövlət istiqrazları 12,2 milyon manatdan 2,5 milyon manata, qeyri-dövlət istiqrazları isə 13,9 milyon manatdan 7,6 milyon manata düşüb. Depozit yerləşdirmələri kəskin artaraq 5,8 milyon manatdan 25,8 milyon manata yüksəlib.