11:45 - 21.10.2026
21 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) şöbə rəisi Ramin Cəfərov bildirib ki, ölkədə yeni sığorta siniflərinin yaradılması, kredit götürənlərin həyatının sığortalanması məhsullarının inkişafı və icbari sığortanın tam elektronlaşdırılması istiqamətində işlər aparılır.
Avtomobillərin icbari sığortasında zərərlərin birbaşa tənzimlənməsi mexanizmi tətbiq olunur, daşınmaz əmlakın icbari sığortasında isə risk əsaslı ödəniş sisteminə keçid planlaşdırılır.
Eyni zamanda, sığorta agentləri və brokerlərin fəaliyyətinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi nəzərdə tutulur.
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026