Səhiyyə Nazirliyi 453 min 838 manatlıq avadanlıq alır

17:04 - 22.10.2026


22 oktyabr, Fineko/abc.az. Səhiyyə Nazirliyinin tabeliyində “Analitik Ekspertiza Mərkəzi” PHŞ laboratoriya avadanlıqları və ehtiyat hissələri alacaq.

İşin icrası üçün 453 min 838 manat xərclənməsi nəzərdə tutulur.

Layihə çərçivəsində 50-yə yaxın laboratoriya avadanlığının alınması planlaşdırılır.