Laçında 8 milyon 925 min manata məktəb tikiləcək

16:10 - 21.10.2026


21 oktyabr, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Güləbird kənd yaşayış məntəqəsində 432 şagird yerlik məktəbin və 80 yerlik uşaq bağçasının tikintisi ilə bağlı satınalma elan edib.

Satınalmanın ehtimal olunan qiyməti 8 925 973 manat təşkil edir.

Layihə çərçivəsində 432 şagird yerlik məktəb və 80 yerlik bağça binasının tikintisi nəzərdə tutulur.