Rusiyadan ABŞ-a ilk dizel yanacağı tankeri sabah yola düşür – Aleksandr Novak

15:33 - 21.10.2026


21 Oktyabr, Fineko/abc.az. Rusiyadan ABŞ-a 40 min tonluq ilk dizel yanacağı tankeri oktyabrın 22-də yola düşəcək.

Bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Aleksandr Novak məlumat verib.

"Planlaşdırıldığı kimi, 40 min ton su basımı olan ilk tanker sabah, ayın 22-də limandan Birləşmiş Ştatlara tərəf yola düşəcək. Ardınca isə, şübhəsiz ki, növbəti partiyalar gedəcək. İki ölkə lideri arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, Birləşmiş Ştatların mövcud tələbatını imkanlarımız daxilində tam təmin edəcəyik", - deyə Novak bildirib.