15:29 - 21.10.2026
21 oktyabr, Fineko/abc.az. Azərbaycanda sığorta məhsulları satmağa maraq getdikcə azalır. Bunu sığorta agentlərinin sayının azalması da göstərir.
Bu barədə iqtisadçı Namiq Hüseynov bildirib.
O qeyd edib ki, 2021-ci ilin yekununda ölkədə 730 agent olduğu halda, bu rəqəm 2025-ci ilin yekununda 468-ə düşüb:
"Yəni, 4 ildə 35,9% azalma var. Halbuki, bu illər ərzində sığorta bazarımız 78,3% böyüyüb. 2021-ci ildə 843,9 milyon manat sığorta haqqı toplanılmışdısa, bu rəqəm 2025-ci ildə 1 milyard 504,9 milyon manat olub. Yəni, sığorta bazarı böyüyür, sığorta agentləri isə "yoxa çıxır".
Ekspert bu səbəb olan amillərdən də danışıb:
"Səbəblər çox güman ki, sığorta məhsullarının satışının daha çox onlayn həyata keçirilməsi - sektorda rəqəmsallaşmanın getdikcə genişlənməsi, eyni zamanda Azərbaycan Mərkəzi Bankının agentlərə qarşı tələbləri, xüsusilə hesabatlılıqla bağlı tələbləri getdikcə sərtləşdirməsidir. Odur ki, vasitəçilər ya bu bazarda perspektiv görməyərək könüllü şəkildə fəaliyyətini dayandırırlar, ya da onların lisenziyaları məcburi şəkildə ləğv olunur".
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026