14:33 - 24.09.2026
24 sentyabr, Fineko/abc.az. Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycan sığorta şirkətlərinin xətti ilə ümumilikdə 1 115,4 milyon manat sığorta haqqı yığılıb.
Mərkəzi Banka istinadən xəbər verilir ki, ümumi sığorta yığımları ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% artım təşkil edib.
Toplanan sığorta haqlarının 639,4 milyon manatı həyat sığortası növlərinin payına düşüb ki, bu da illik müqayisədə 7,7% artım deməkdir.
Həyat sığortası bölməsində 597,3 milyon manat könüllü həyat sığortası, 42,1 milyon manat isə icbari həyat sığortası üzrə toplanıb.
Qeyri-həyat sığortası növləri üzrə yığımlar isə 4,8% artaraq 476 milyon manata yüksəlib. Bu istiqamət üzrə toplanan vəsaitin 304,6 milyon manatı könüllü sığorta növlərinin, 171,4 milyon manatı isə icbari sığorta növlərinin payına düşüb.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026