15:11 - 25.09.2026
25 sentyabr, Fineko/abc.az. “Qala Həyat Sığorta” ASC-nin 2026-cı ilin yanvar-avqust aylarında sığorta yığımları illik müqayisədə 14,4% (3,038 milyon manat) azalaraq 18,025 milyon manata düşüb.
Şirkətin sığorta ödənişləri isə kəskin şəkildə - 55,1% (1,162 milyon manat) artaraq 3,271 milyon manata yüksəlib. Nəticədə ödəniş/yığım nisbəti ötən ilin eyni dövründəki 10%-dən 18,1%-ə çatıb ki, bu da şirkətin topladığı hər 100 manatın təxminən 18 manatını ödənişlərə yönəltdiyini göstərir.
Qeyd edək ki, 2008-ci ildə təsis olunan və 13,0416 milyon manat nizamnamə kapitalı olan şirkətin 50%-lik kontrol səhm paketi "AzRe Təkrarsığorta" ASC-yə məxsusdur, qalan paylar isə fiziki şəxslər arasında bölünüb.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026