Rusiya vətəndaşları Azərbaycanda yeni şirkətlər yaradıb

14:53 - 21.10.2026


21 oktyabr, Fineko/abc.az. Azərbaycanda qanuni təmsilçiləri Rusiya vətəndaşları olan bir sıra yeni məhdud məsuliyyətli cəmiyyətlər dövlət qeydiyyatına alınıb.

İyul ayında qeydiyyatdan keçən bu şirkətlərin nizamnamə kapitalı 100 manatla 51 min manat arasında dəyişir.

Siyahıda ən yüksək nizamnamə kapitalına malik olan qurum Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsində hüquqi ünvanı yerləşən və Slivka Yana Nikolayevnanın rəhbərlik etdiyi 51 min manat kapitallı “Just Club” MMC-dir.

Digər şirkətlər arasında 50 min manat nizamnamə kapitalı ilə Tkachenko Aleksandra Alekseyevnanın təmsil etdiyi “AT Expert” MMC, Lebed Olegin rəhbərlik etdiyi “Misir SS Dizayn” MMC, Tarasov Alekseinin qanuni təmsilçisi olduğu “Xəyal İnteryer” MMC, Khlebnikov Ilianın idarə etdiyi “Barak LTT Media” MMC və Khlebnikov Daniilin təmsilçiliyi altında fəaliyyət göstərən “Danilo Pixel” MMC yer alır.

Bundan əlavə, 100 manat nizamnamə kapitalı ilə Makhnachev Artem Sergeevichin rəhbərlik etdiyi “Azergid” MMC və Ivanov Dmitriii tərəfindən təmsil olunan “BNG Azerbaijan” MMC də dövlət qeydiyyatından keçən yeni subyektlər sırasındadır.