1 milyon dollarlıq kapitalı olan şirkət Azərbaycanda qeydiyyata alındı

11:14 - 13.10.2026


13 oktyabr, Fineko/abc.az. Azərbaycanda “Tumar Ventures” MMC dövlət qeydiyyatına alınıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 45, mənzil 75-dir. “Tumar Ventures” MMC-nin nizamnamə kapitalı 1 milyon ABŞ dolları təşkil edir.

Şirkətin qanuni təmsilçisi Qazaxıstan Respublikasının vətəndaşı Aslan Sultanovdur. Müşahidə şurasının üzvləri Ağahüseyn Əhmədov, Nargiza An və Giovanni Gavino Everduindir.