15:20 - 21.10.2026
21 Oktyabr, Fineko/abc.az. "Mercedes-Benz Group"un baş icraçı direktoru (CEO) və Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) rəhbəri Ola Kellenius Avropa İttifaqının yerli avtomobil sənayesini qorumaq cəhdlərinin maya dəyərini artıracağı və tədarük zəncirlərini pozacağı ilə bağlı xəbərdarlıq edib.
Berlin Qlobal Dialoqunda çıxış edən Kellenius Aİ-nin "Made in Europe" təşəbbüslərinin istehsalı bahalaşdırdığını bildirib.
O vurğulayıb ki, Avropa ABŞ, Çin, Yaponiya və Cənubi Koreya kimi tərəfdaşlardan təcrid olunmuş bir "adaya" çevrilə bilməz. Kellenius Brüsseli yeni ticarət məhdudiyyətləri tətbiq etmək əvəzinə, Hindistan və Cənubi Amerika ölkələri ilə azad ticarət sazişləri bağlamağa çağırıb.
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026