15:32 - 19.10.2026
19 Oktyabr, Fineko/abc.az. Almaniyanın "IG Metall" həmkarlar ittifaqı "Volkswagen" (VW) rəhbərliyinin dünya üzrə təxminən 660 min əməkdaşın əməkhaqqını 2030-cu ilə qədər artırmamaq ("sıfır artım" siyasəti) barədə tapşırıq verdiyini açıqlayıb.
Həmkarlar ittifaqının bildirdiyinə görə, bu qərar işçilərin alıcılıq qabiliyyətinin ən azı 10% itirilməsinə gətirib çıxara bilər. "IG Metall" işçilər üçün 5%-lik maaş artımı tələb edir və şirkətin bu addımına kəskin müqavimət göstərəcəyini bəyan edib. T
arixinin en böyük yenidənqurma prosesini keçirən "Volkswagen" həmçinin addım-addım 50 min iş yerini ixtisar etməyi planlaşdırır. Tərəflər arasında yeni kollektiv müqavilə danışıqlarının noyabrın sonunda başlaması gözlənilir.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026