11:01 - 20.10.2026
20 oktyabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yükdaşımalarının həcmi 2026-cı ilin üçüncü rübündə ilin əvvəlindən bəri ən yüksək səviyyəyə çatıb.
Şirkət üçüncü rübdə 5 milyon 100,6 min ton yük daşıyıb. Bu, ikinci rüblə müqayisədə 6,6 faiz, birinci rüblə müqayisədə isə 27,9 faiz çoxdur.
İlin birinci rübündə 3 milyon 988,7 min ton, ikinci rübündə isə 4 milyon 785,5 min ton yük daşınıb.
Beləliklə, 2026-cı ilin ilk doqquz ayında ADY-nin ümumi yükdaşımalarının həcmi 13 milyon 874,8 min tona çatıb.
Üçüncü rübdə daşınan yüklərin 2 milyon 359,7 min tonunu beynəlxalq idxal-ixrac daşımaları, 2 milyon 134,4 min tonunu tranzit daşımaları, 606,5 min tonunu isə ölkədaxili daşımalar təşkil edib.
Diqqətçəkən məqam odur ki, yükdaşımaların artımında əsas rol beynəlxalq və tranzit daşımaların payına düşüb.
Belə ki, birinci rüblə müqayisədə üçüncü rübdə tranzit daşımaların həcmi 40,9 faiz, beynəlxalq idxal-ixrac daşımalarının həcmi 24,7 faiz artıb. Daxili daşımalar üzrə artım isə cəmi 4,3 faiz təşkil edib.
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026