16:24 - 20.10.2026
20 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilərdə biomüxtəlifliyin bərpası və qorunması, ekoturizmin inkişafı və xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi məqsədilə 88 418 hektar sahədə Qarabağ Milli Parkı yaradılır.
Milli Parkın ərazisi aşağıdakı torpaq sahələri hesabına formalaşdırılacaq:
• Ağdərə rayonu: 44 773,79 hektar
• Xocalı rayonu: 24 597,80 hektar
• Kəlbəcər rayonu: 13 514,98 hektar
• Şuşa rayonu: 5 314,34 hektar
• Laçın rayonu: 217,09 hektar
Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026