Samuxda daha bir lombard şirkəti təsis edilib

15:15 - 21.10.2026


21 oktyabr, Fineko/abc.az. Samux rayonunda “Dost Lombard” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.

Şirkət 23 iyul 2026-cı il tarixində qeydiyyata alınıb. “Dost Lombard” MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Dürdanə Quliyeva Qurban qızıdır.

Hüquqi ünvanı Samux rayonu, Qarayeri qəsəbəsidir.