14:33 - 21.10.2026
21 Oktyabr, Fineko/abc.az. Orta Dəhlizin səmərəliliyini artırmaq və daha çox yük cəlb etmək üçün bütün əlaqədar qurumlar koordinasiyalı çalışmalıdır.
Bunu Aİ-Azərbaycan biznes-forumu çərçivəsində TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Casurbek Çoriyev bildirib.
C.Çoriyev vurğulayıb ki, sərhəd və ya limanlardakı ləngimələr, eləcə də məlumat çatışmazlığı dəhlizin cəlbediciliyini azaldır, çünki yükgöndərənlər üçün qiymətlə yanaşı, çatdırılma vaxtının dəqiqliyi də mühüm rol oynayır.
O, həmçinin qeyd edib ki, TRACECA tərəfindən 6 ölkə (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ukrayna) arasında multimodal daşımalara imkan verən vahid elektron tranzit icazəsi sazişi imzalanıb. Veb-portal üzərindən idarə olunan bu rəqəmsal sistem hər ölkə üçün ayrı-ayrı kağız sənəd almaq zərurətini aradan qaldırır.
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026