Azərbaycan nefti 120 dollara yaxınlaşır

10:22 - 21.10.2026


21 Oktyabr, Fineko/abc.az. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti növbəti artım nümayiş etdirib.

"Azeri Light" markalı xam neftin bir barelinin qiyməti 1,15 dollar və ya 1% artaraq 119,68 dollar təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.