15:17 - 22.10.2026
22 oktyabr, Fineko/abc.az. Oktyabrın 22-də Böyük Qayıdış çərçivəsində Xocalı və Ağdərə rayonlarına növbəti köç karvanı Ağdamdan yola salınıb.
Bu mərhələdə iki rayona ümumilikdə 44 ailə - 176 nəfər köçürülür.
Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badaraya 3 ailə (7 nəfər), Daşbulağa 1 ailə (2 nəfər), Xanyurduna 2 ailə (5 nəfər), Ağdərənin Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalıya isə 23 ailə (83 nəfər) qayıdır.
Köçürülən ailələr əvvəllər ölkənin müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Doğma yurdlarına qayıdan sakinlər yaradılan şəraitə görə dövlət rəhbərliyinə təşəkkür edib, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla anıblar.
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026