Prezident onu vəzifəsindən azad etdi - Sərəncam

15:29 - 22.10.2026


22 oktyabr, Fineko/abc.az. Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, o, 2024-cü ildə dövlət başçısının Sərəncamı ilə bu vəzifəyə təyin edilmişdi.