Orta Dəhliz yalnız yük daşınması deyil, həm də əlavə dəyər zənciridir — "TABA-AmCham" rəsmisi

14:56 - 22.10.2026


22 oktyabr, Fineko/abc.az. Azərbaycan, Türkiyə və ABŞ arasında iqtisadi əməkdaşlığa həsr olunan tədbirdə "TABA-AmCham"ın Gömrük və Logistika Komitəsinin sədri Murad Doğan Azərbaycanın beynəlxalq biznes üçün getdikcə daha cəlbedici məkana çevrildiyini bildirib.

O vurğulayıb ki, Orta Dəhliz yalnız tranzit marşrutu kimi dəyərləndirilməməli, Azərbaycanın logistika mərkəzinə çevrilməsi, anbar infrastrukturunun və əlavə dəyər yaradan xidmətlərin inkişafı əsas hədəf olmalıdır. Yüklərin ölkədə saxlanılması, çeşidlənməsi və Avropa bazarlarına çatdırılması iqtisadiyyata əlavə gəlir gətirə bilər.

Komitə sədri, həmçinin beynəlxalq daşımalarda vaxt və xərc səmərəliliyini artırmaq üçün Azərbaycan və Türkiyə arasında gömrük prosedurlarının sadələşdirilməsinin vacibliyini qeyd edib.