Dünyanın ən böyük fondu rübü zərərlə bağladı

14:18 - 22.10.2026


22 Oktyabr, Fineko/abc.az. Norveçin 2,3 trilyon dollarlıq Dövlət Neft Fondu (Norges Bank Investment Management) sabit gəlirli qiymətli kağızlar investisiyalarının mənfi təsiri nəticəsində üçüncü rübdə 0,5% dəyər itirib.

Hissə senedləri portfelindəki 0,5%-lik artım sabit gəlirli alətlərdəki 3,5%-lik zərəri qarşılamağa kifayət etməyib. Fondun ümumi gəlirliliyi Norveç Maliyyə Nazirliyinin təyin etdiyi etalon göstəricidən 0,18 faiz bəndi aşağı olub.

Fondun CEO müavini Trond Qrande bildirib ki, faiz dərəcələrinin yüksəlməsi sabit gəlirli investisiyalara mənfi təsir göstərib. Dünyada 7 200-dən çox şirkətdə payı olan fonun ən iri portfelinə "Nvidia", "Microsoft", "Apple", "Alphabet", "Amazon" və "Meta" kimi texnologiya nəhəngləri daxildir.