14:09 - 22.10.2026
22 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) İslam maliyyəsini bank sektoruna rəqib deyil, onu tamamlayan maliyyə ekosisteminin vacib tərkib hissəsi kimi qiymətləndirir.
AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib ki, İslam maliyyəsinin inkişafı üzrə hazırlanmış qanunvericiliyə dəyişikliklər layihəsi hökumətə təqdim olunub və hazırda razılaşdırılma mərhələsindədir. Paket 3 əsas məhsul istiqamətini əhatə edir.
Ənənəvi bankçılıqla rəqabət neytrallığını təmin etmək üçün vergi, dövlət rüsumları və əmanətlərin sığortalanması sahələrində müvafiq dəyişikliklər nəzərdə tutulub.
İslahatlar çərçivəsində ölkədə "sandbox" (xüsusi sınaq) rejimi tətbiq olunur və hazırda 2 bank müxtəlif İslam maliyyəsi məhsullarını test edir.
Qanunvericilik qüvvəyə mindikdən sonra kapital bazarlarında "sukuk" alətinin tətbiqi və risklərin idarə edilməsi sisteminə inteqrasiya planlaşdırılır.
AMB rəsmisi yaxın 5 il ərzində bu sahədə maliyyələşmə və depozit həcmlərində əhəmiyyətli artım gözləyir.
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026