11:04 - 22.10.2026
22 oktyabr, Fineko/abc.az. Azərbaycanın dövlət büdcəsinin 60%-i elektron qaydada proqnozlaşdırılacaq.
Bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.
Onun sözlərinə görə, ümumilikdə, təqribən üç il ərzində Azərbaycanın dövlət vəsaitlərinin, dövlət aktivlərinin, qeyri-maliyyə aktivlərinin və digər aktivlərin tam elektron uçotu vahid reyestrdə cəmləşdiriləcək:
“Bu reyestr həmin məlumatları elektron müqavilə, elektron xəzinə və elektron büdcə sistemləri ilə tam şəkildə əlaqələndirməyə imkan verəcək. Reyestr əsasında proqnozlaşdırma aparıldıqda, növbəti illərdə dövlət büdcəsinin təqribən 60%-i elektron proqnozlaşdırma əsasında formalaşdırılacaq. Müvafiq məlumatlar formalaşdıqdan sonra fərdi yanaşmaya ehtiyac qalmayacaq”.
Bundan başqa, nazir deyib ki, elektron təhvil-təslim mexanizmi yaxın günlərdə tam istifadəyə veriləcək: “Hazırda avans, icra və digər bank zəmanətləri elektron platforma üzərindən icra olunur. Bu, 5-10 iş günlük vaxt itkisini tamamilə aradan qaldırıb. Müvafiq mexanizm artıq yekun mərhələdədir və yaxın günlərdə tam istifadəyə veriləcək. Bu yenilik maliyyə şöbələrinin fəaliyyətini daha da təkmilləşdirəcək”.
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026