14:43 - 22.10.2026
22 oktyabr, Fineko/abc.az. Dövlət satınalmalarında şəffaflıq, rəqabətlilik və kiçik-orta biznesin (KOB) iştirakının təşviq edilməsi məqsədilə "etender.gov.az" portalında təkmilləşdirmə işləri davam etdirilir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparat rəhbərinin müavini Orxan Məmmədov bildirib ki, portalda şərtlər toplusu tam elektronlaşdırılıb və süni intellekt vasitəsilə preventiv təhlil hesabatları tətbiq olunur.
Bu sistem məhdudlaşdırıcı amillər aşkar edildikdə satınalan təşkilatlara xəbərdarlıq göndərməyə, həmçinin şikayətlərin avtomatik nəzarət orqanına daxil olmasına imkan verir.
Görülən tədbirlər nəticəsində 2026-cı ilin 8 ayı ərzində elektron dövlət satınalmaları üzrə 453,7 milyon manat qənaət olunub ki, bu da ümumi göstəricinin 14,4%-i deməkdir.
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026