14:32 - 23.10.2026
23 Oktyabr, Fineko/abc.az. "Volvo Car AB"nin icraçı direktoru Hokan Samuelson yerli elektrikli nəqliyyat vasitələrinin bazara hakim olması səbəbindən Çində Qərb avtomobillərinə olan tələbatın sürətlə yox olduğunu bildirib.
Şirkətin III rüb maliyyə nəticələrinə görə, Çindəki avtomobil tədarükü 40%-dən çox azalıb və "Volvo" gözləniləndən daha dərin zərər açıqlayıb.
Qeyd olunan böhran səbəbindən İsveç brendi işçi qüvvəsinin 6%-ni ixtisar etməyi və 5 milyard kron (504 milyon dollar) məbləğində xərclərə qənaət planını icra etməyi hədəfləyir.
Samuelson qeyd edib ki, Avropada istehsal olunan avtomobillərin Çində baha qiymətə satıldığı dövr geridə qalıb. "Geely" şirkətinə məxsus olan "Volvo" gələcəkdə rəqabətədavamlılıq üçün Çinli ana şirkətin texnologiyalarından istifadə edəcək və onilliyin sonunadək Çin bazarı üçün xüsusi uyğunlaşdırılmış 6 yeni model təqdim edəcək.
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
22 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026