15:42 - 23.10.2026
23 Oktyabr, Fineko/abc.az. Rusiya Mərkəzi Bankının İdarə Heyəti faiz dərəcəsini illik 14% səviyyəsində dəyişməz saxlamaq barədə qərar qəbul edib.
Tənzimləyici bildirib ki, ölkə iqtisadiyyatında mülayim artım davam etsə də, qiymət təzyiqləri və inflyasiya gözləntiləri yüksək olaraq qalır. Oktyabrın 19-na olan məlumata görə illik inflyasiya 6,8% təşkil edib, ilin sonu üçün gözlənti isə 7,1-7,6% aralığındadır. Inflyasiya təzyiqinin artmasında xüsusilə yanacaq qiymətlərinin yüksəlməsi mühüm rol oynayıb.
Mərkəzi Bank inflyasiyanın 2027-ci ildə hədəflənən 4% səviyyəsinə düşəcəyini proqnozlaşdırır. Bankın növbəti faiz iclası dekabrın 18-də keçiriləcək.
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
22 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026