Ağdamda köç üçün bu şirkətə 2,5 milyon manat ödəniləcək

10:20 - 23.10.2026


23 oktyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi keçmiş məcburi köçkün ailələrinin Ağdam şəhərinə, Qərvənd və Eyvazxanbəyli kəndlərinə köçürülməsi ilə bağlı satınalma həyata keçirib.

Satınalma köçürülmə prosesinin təşkili ilə bağlı xidmətləri əhatə edir.

Xidmətlərin göstərilməsi “Yük Taksi.az” MMC-yə həvalə olunub.

Müqavilənin dəyəri 2 543 796,8 manat təşkil edir.