“Azərlotereya” avtomobillərini hərraca çıxarır – Renault və Nissan satılır

12:32 - 23.10.2026


23 oktyabr, Fineko/abc.az. “Azərlotereya” ASC balansında olan iki ədəd nəqliyyat vasitəsinin satışı üzrə açıq hərrac elan edib.

3 dekabr 2026-cı il tarixində, saat 10:00-da keçiriləcək hərracda 2014-cü il buraxılışlı, 10 JV 207 dövlət nömrə nişanlı "Renault Dokker" yük avtomobili 9 400 manat start qiyməti ilə (10% beh məbləği: 940 manat) və 2014-cü il buraxılışlı, 10 AN 576 dövlət nömrə nişanlı "Nissan Sunny" minik avtomobili 11 800 manat start qiyməti ilə (10% beh məbləği: 1 180 manat) satışa çıxarılır.

Hərracda iştirak etmək istəyən şəxslər müəyyən olunmuş 10 faizlik beh məbləğini “Azərlotereya” ASC-nin müvafiq bank hesabına köçürməlidirlər.

Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2 ünvanında yerləşən nəqliyyat vasitələrinə baxış keçirmək istəyənlər həftəiçi saat 20:00-dan 10:00-dək, həftəsonu isə saat 10:00-dan 20:00-dək sözügedən əraziyə yaxınlaşa bilərlər.