Türkiyənin tanınmış xəstəxanası Azərbaycanda nümayəndəlik açır

11:53 - 23.10.2026


23 oktyabr, Fineko/abc.az. Türkiyənin “İstanbul Florence Nightingale Hastanesi” Anonim Şirkətinin Azərbaycandakı nümayəndəliyi dövlət qeydiyyatına alınıb.

Nümayəndəlik 29 iyul 2026-cı il tarixində qeydiyyata alınıb. Nümayəndəliyin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 74, giriş F olaraq göstərilib.

Nümayəndəliyin qanuni təmsilçisi Türkiyə Respublikasının vətəndaşı Aran Sinan Nazifdir.