AMB-də yeni təyinat - Taleh Kazımov əmr imzalayıb

17:09 - 23.10.2026


23 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinə yeni direktor təyin edilib.

Bu, təyinatla əlaqədar AMB-nin sədri Taleh Kazımov müvafiq əmr imzalayıb.

Həmin əmrə uyğun olaraq, qeyd olunan vəzifə Məhəmməd Məhərrəmliyə tapşırılıb. O, avqust ayında vəzifəsini tərk etmiş Rüstəm Tahirovun yerinə bu posta gətirilib.