17:28 - 23.10.2026
23 oktyabr, Fineko/abc.az. Hesablama Palatası Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2023–2025-ci illər üzrə fəaliyyətini əhatə edən səmərəlilik auditi aparıb.
Audit nəticəsində Agentliyin ali təhsildə keyfiyyətin təminatı və saxta diplomların müəyyənləşdirilməsi sahəsində müsbət addımlar atdığı, eləcə də məhkəmə müstəvisində hüquqi baxımdan əsaslı qərarlar qəbul etdiyi vurğulanıb.
Bununla yanaşı, TKTA-nın fəaliyyətində idarəetmə, maliyyə, akkreditasiya və xarici diplomların tanınması istiqamətlərində sistemli nöqsanlar müəyyən edilib.
Qurumun Nazirliyin tabeliyində olması beynəlxalq standartlarla uyğunsuzluq və maraqların toqquşması riski yaradıb, normativ bazanın tam olmaması və elektron sistemlərin gecikməsi akkreditasiya proseslərinə mənfi təsir göstərib. Həmçinin, dövlət vəsaitlərinin istifadəsində və satınalmalarda kənaraçıxmalar, müriaciətlərə baxılma müddətinin uzanması və funksional gəlirlərin xərcləri qarşılamaması kimi hallara yol verilib.
Aşkarlanmış nöqsanların aradan qaldırılması və kompleks islahatların aparılması məqsədilə Auditor hesabatı Elm və Təhsil Nazirliyinə, TKTA-ya, eləcə də müvafiq məlumatlar Maliyyə və Səhiyyə nazirliklərinə təqdim olunub.
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
23 Oktyabr 2026
22 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026