Azərbaycanda bu xəstəxananın nizamnamə kapitalı azaldılır

10:08 - 8.10.2026


8 oktyabr, Fineko/abc.az. “Qafqaz Hospital”ın nizamnamə kapitalı azaldılır.

“Qafqaz Hospital” MMC nizamnamə kapitalının 5 manat azaldılması barədə elan yayıb. Bununla şirkətin nizamnamə kapitalı 25 manatdan 20 manata endirilir. Yeni nizamnamə kapitalı hər biri 1 manat olmaqla 20 paydan ibarət olacaq.

Şirkətin kreditorları tələblərini cəmiyyətin hüquqi ünvanına təqdim edə bilərlər.

“Qafqaz Hospital” MMC-nin qanuni təmsilçisi Famil Musayev İbrahımxəlil oğludur. Şirkət Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndi, 531K ünvanında qeydiyyatdadır.