​İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

15:01 - 23.10.2026


23 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilovu qarşıdan gələn yubileyi münasibətilə təbrik edərək ona dövlətimizin yüksək mükafatı olan "İstiqlal" ordenini təqdim edib.

​Dövlət başçısı Xalq rəssamının uzunillik sənət fəaliyyətini, Azərbaycanın gözəlliklərini əsərlərində təsvir edərək ölkəmizi dünyada tanıtmasını və gənc rəssamların yetişməsindəki xidmətlərini yüksək qiymətləndirib.

Prezident, həmçinin Fərhad Xəlilovun 40 ilə yaxındır Rəssamlar İttifaqının sədri kimi səmərəli fəaliyyət göstərdiyini, fəal vətəndaşlıq mövqeyinə sahib olduğunu və daha əvvəl də "Şöhrət", "Şərəf" eləcə də 1-ci dərəcəli "Əmək" ordenləri ilə təltif edildiyini vurğulayıb.