15:03 - 22.10.2026
22 oktyabr, Fineko/abc.az. İtaliya Sənaye Konfederasiyasının təşkilatçılığı ilə Roma şəhərində “İtaliya–Azərbaycan: İqtisadi və sənaye əməkdaşlığının gücləndirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, İtaliyanın xarici işlər naziri Antonio Tajani və "Made in Italy" naziri Adolfo Urso iştirak ediblər. Görüşdə iki ölkə arasında investisiya mühiti, Ələt Azad İqtisadi Zonası, nəqliyyat-logistika, süni intellekt və "4SİM" çərçivəsində tərəfdaşlıq imkanları müzakirə olunub.
Həmçinin, Azərbaycan Biznesinin İnkişafı Fondu ilə İtaliyanın SACE agentliyi, eləcə də Azərbaycan İnvestisiya Holdinqi ilə "Cassa Depositi e Prestiti" arasında sənaye və texnologiyaların maliyyələşdirilməsi perspektivləri diqqətə çatdırılıb.
Tədbirin sonunda Azərbaycan İqtisadiyyat Nazirliyi ilə İtaliyanın müvafiq nazirlikləri arasında kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Sənəd resurs potensialı ilə İtaliya texnologiyasının inteqrasiyasını və dayanıqlı təchizat zəncirinin yaradılmasını hədəfləyir.
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026