Metro və tramvay tikintisi üçün torpaqlar dövlət tərəfindən alınacaq – Qanun dəyişdi

16:48 - 27.10.2026


27 oktyabr, Fineko/abc.az. Milli Məclisin plenar iclasında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib.

Dəyişikliyə əsasən, bundan sonra tunellər, dəmir yolu, metropoliten və tramvay xətləri, eləcə də stansiya və depoların tikintisi və genişləndirilməsi məqsədilə torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması mümkün olacaq.

Bu addım “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində strateji nəqliyyat layihələrinin yubadılmadan icrasını, hüquqi şəffaflığı və torpaqların alınması prosedurlarının sürətləndirilməsini təmin etmək məqsədi daşıyır.