17:27 - 27.10.2026
27 oktyabr, Fineko/abc.az. Azərbaycanda iqtisadi rəqabətliliyin artırılması üzrə Süni İntellekt Rəsədxanası yaradılır.
Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ADA Universitetində İqtisadiyyat və Elm və Təhsil nazirliklərinin dəstəyi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji tərəfdaşlığı ilə yaradılan İspaniyanın IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin açılışında bildirib.
“Bu gün İqtisadiyyat Nazirliyi və ADA Universiteti Süni İntellekt Mərkəzi (AI HUB) çərçivəsində rəqabətlilik və iqtisadi transformasiya üzrə Süni İntellekt Rəsədxanasının (AI Azerbaijan Observatory) yaradılması və inkişafı ilə bağlı çərçivə əməkdaşlıq sazişi imzalayır. Rəsədxana biliklərin yaradılması və Azərbaycanın iqtisadi inkişafı ilə bağlı dialoqun dəstəklənməsi məqsədilə akademik dairələri, dövlət qurumlarını və biznes nümayəndələrini bir araya gətirəcək. Onun fəaliyyəti iqtisadiyyatın şaxələndirilməsi, məhsuldarlıq və rəqabətliliyin artırılması, eləcə də beynəlxalq müqayisələr üzrə tətbiqi tədqiqatlara yönələcək. Bu tədqiqatlar qlobal təcrübənin öyrənilməsinə və əldə olunan nəticələrin praktiki siyasət tövsiyələrinə çevrilməsinə xidmət edəcək. İnanırıq ki, Süni İntellekt Mərkəzi insan kapitalının inkişafına, Azərbaycanın iqtisadi rəqabət qabiliyyətinin gücləndirilməsinə və innovasiya potensialının artırılmasına töhfə verəcək. Məqsəd beynəlxalq bilik və təcrübəni ölkənin iqtisadi prioritetləri ilə əlaqələndirmək, insan kapitalına yatırılan investisiyaları yüksək məhsuldarlığa və real iqtisadi nəticələrə çevirməkdir”, – deyə o qeyd edib.
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026