Aİ-nin ümumi borcu 2027-ci ildə 1 trilyon avroya çatacaq

12:36 - 27.10.2026


27 Oktyabr, Fineko/abc.az. Avropa İttifaqının (Aİ) bir təşkilat olaraq ümumi borcu 2027-ci ilə qədər 1 trilyon avroya çatacaq.

Avropa Auditorlar Məhkəməsinin sədri Toni Merfi  "Rapporteur" portalına müsahibəsində bildirib ki, Avropa Komissiyası bu borcun xidmətinə (faiz və ödənişlərinə) birliyin növbəti yeddi illik büdcəsinin 8%-dən çoxunu ayırmağı planlaşdırır.

Borcun bu dərəcədə kəskin artmasının əsas səbəbi pandemiyadan sonra iqtisadiyyatı canlandırmaq üçün yaradılmış 750 milyard avroluq bərpa fondudur.