16:20 - 15.10.2026
15 Oktyabr, Fineko/abc.az. Financial Times nəşrinin mənbələrinə əsasən, ötən həftə Mayamidə ABŞ, Ukrayna, Aİ, NATO və bir sıra Avropa ölkələrinin rəsmiləri arasında gizli görüş keçirilib.
Görüşdə ABŞ tərəfi Rusiya və Ukrayna arasında sülh danışıqlarını canlandırmaq məqsədilə Avropada dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin azad edilməsini təklif edib.
Təklifə əsasən, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff və Cared Kuşner Rusiya vəsaitlərinin əvvəlcə ABŞ-ın nəzarətində olan yeni maliyyə strukturuna köçürülməsini irəli sürsələr də, Avropa nümayəndələri bu təşəbbüsü rədd ediblər. ABŞ rəsmiləri dondurulmuş aktivlərin mexanizminin hərtərəfli sülh sazişi çərçivəsində müzakirə edildiyini bildirirlər.
Qeyd edək ki, Qərb ölkələri müharibə başlayandan bəri Rusiyanın valyuta ehtiyatlarının yarıya yaxınını dondurub.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
14 Oktyabr 2026