Avrozonada biznes fəallığı Fransa faktoru səbəbindən zəifləyib

14:38 - 23.10.2026


23 Oktyabr, Fineko/abc.az. Avrozonada xüsusi sektorun artım sürəti oktyabr ayında regionun ikinci böyük iqtisadiyyatı olan Fransada yaşanan maliyyə və siyasi gərginliklər səbəbindən gözləniləndən daha çox yavaşlayıb.

"S&P Global" tərəfindən hazırlanan Kompozit Satınalma Menecerləri İndeksi (PMI) sentyabrdakı 53,1 bənddən 51,9 bəndə düşüb (analitiklərin proqnozu: 52,7 bənd).

Buna baxmayaraq, göstərici artımla kiçilməni ayıran 50 həddinin üzərində qalmağı bacarıb. Almaniyada istehsalat sektoru göstəriciləri müsbət dinamika sərgiləsə də, Fransada xidmət sektorunun geriləməsi ümumi artıma əsas maneə olub.

"S&P Global Market Intelligence"ın baş iqtisadçısı Kris Uilyamson bildirib ki, xərclərin kəskin artması və inflyasiya təzyiqinin davam etməsi Avropa Mərkəzi Bankının (AİMB) pul-kredit siyasətini daha sərt şəkildə möhkəmləndirəcəyi barədə gözləntiləri artırır.