10:38 - 26.10.2026
26 Oktyabr, Fineko/abc.az. İranın Xarici İşlər Naziri Abbas Əraqçı regionda baş verən son hərbi münaqişələrin təhlükəsizlik şərtlərini köklü şəkildə dəyişdirdiyini bildirərək strateji əhəmiyyətli Hörmüz Boğazının idarəetmə rejiminin yenidən nəzərdən keçiriləcəyini bəyan edib.
Tehranda keçirilən tədbirdə çıxış edən Əraqçı vurğulayıb ki, Hörmüz Boğazından keçid marşrutları və naviqasiya idarəçiliyi yeni şəraitə uyğun olaraq Oman ilə məsləhətləşmələr çərçivəsində yenidən formalaşdırılacaq.
XİN rəhbəri regionda ABŞ kimi xarici qüvvələrin varlığının yalnız qeyri-sabitlik gətirdiyini bildirərək, Fars körfəzi ölkələri ilə yeni regional təhlükəsizlik strukturu üzrə ortaq razılığa gəlməyə çalışdıqlarını qeyd edib.
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026