15:43 - 26.10.2026
26 oktyabr, Fineko/abc.az. Azərbaycanda daşınmaz əmlakın icbari sığortası bazarında cari ilin yanvar-sentyabr ayları üzrə göstəricilər açıqlanıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Təqdim olunan rəqəmlərə əsasən, 2026-cı ilin ilk doqquz ayında bu sektor üzrə yığımlar 56 milyon 069 min manat, ödənişlər isə 3 milyon 207 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə daşınmaz əmlakın icbari sığortasından əldə olunan sığorta yığımları 67 milyon 802 manat, sığorta ödənişləri isə 2 milyon 80 min manata bərabər olub.
2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2026-cı ilin eyni dövründə yığımlar 11 milyon 733 min manat və ya təxminən 17.3% azalaraq 67 milyon 802 min manatdan 56 milyon 69 min manata düşüb.
Hesabat dövründə ödənişlərin həcmində isə artım qeydə alınıb. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarındakı 2 milyon 80 min manatlıq ödəniş, 2026-cı ilin müvafiq dövründə 1 milyon 127 min manat (və ya təxminən 54.2%) artaraq 3 milyon 207 min manata çatıb.
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026