10:29 - 26.10.2026
26 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) və Türkiyə Mərkəzi Bankı (TMB) arasında nağd pul dövriyyəsinin idarə olunması müzakirə edilib.
Bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, TMB-nin nümayəndə heyəti AMB-də təcrübə mübadiləsi məqsədilə işgüzar səfərdə olub.
Səfər çərçivəsində keçirilən görüşlərdə nümayəndə heyəti ilə filial infrastrukturunun təşkili, nağd pul dövriyyəsinin idarə olunması və xəzinə əməliyyatları üzrə ölkə təcrübələri ətrafında müzakirələr aparılıb.
Əlavə olaraq TMB nümayəndə heyətinin nağd pulun saxlanılması, emalı və logistikası sahəsində tətbiq olunan proseslərlə əyani tanışlığı məqsədilə AMB-nin Yevlax Ehtiyat Mərkəzinə səfəri təşkil olunub.
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026