Azərbaycanın Özbəkistana ixracı 99% artıb, ticarət kəsiri kəskin azalıb

16:22 - 26.10.2026


26 oktyabr, Fineko/abc.az. 2026-cı ilin ilk səkkiz ayında Azərbaycanın Özbəkistana ixracı 99,3% artaraq 87,38 milyon dollara yüksəlib, idxalı isə 44,7% azalaraq 137,19 milyon dollara enib.

İdxalın azalmasına əsas səbəb ötən ilin eyni dövründə alınan 124,91 milyon dollarlıq yarımişlənmiş qızılın bu il idxal edilməməsidir.

Nəticədə Azərbaycanın Özbəkistanla ticarət kəsiri 204,31 milyon dollardan 49,82 milyon dollara qədər düşüb, ümumi ticarət dövriyyəsi isə 23,1% azalaraq 224,57 milyon dollar təşkil edib.

Azərbaycanın ixrac artımında əsas pay şəkərə (170,7% artımla 48,72 milyon dollar), alüminium ərintilərinə (54,7% artımla 9 milyon dollar) və uşaq qidasına (3,94 milyon dollar) məxsusdur.

Özbəkistandan idxalda isə qoz ləpəsi (9,54 milyon dollar) və zincit polad prokatı (4,40 milyon dollar) artım göstərdiyi halda, mis məftillərin idxalı 3,88 milyon dollara enib.