Qızıl 4 000 dolların altına düşdü: Yüksək neft qiymətləri qızılı 3 ayın minimumuna sürükləyir

10:20 - 26.10.2026


26 Oktyabr, Fineko/abc.az. Keçən həftə 4.1% dəyər itirən spot qızılın bir unsiyasının qiyməti 3 995,42 dollar səviyyəsində qərarlaşaraq iyul ortasından bu yana ilk dəfə 4000 dollar həddindən aşağı düşüb. ABŞ qızıl fyuçersləri isə 4 007,45 dollar təşkil edib.

Qiymətlərin ucuzlaşmasına Yaxın Şərqdəki münaqişələr fonunda neftin bahalaşması (Brent neftinin həftəlik 6.2% artması) və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini yüksək saxlayacağı gözləntiləri səbəb olub.

Digər qiymətli metallardan gümüşün unsiyası 53,94 dollar, platin isə 0.5% azalaraq 1 544,97 dollar olub.