Bu rayonda qaz olmayacaq

17:33 - 26.10.2026


26 oktyabr, Fineko/abc.az. Saatlı şəhərinin mərkəzində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar oktyabrın 27-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək şəhər mərkəzinin qaz təchizatı dayandırılacaq.