Aİ Çindən idxala yeni məhdudiyyətlər gətirir: Kimya, mebel və maşınqayırma hədəfdədir

14:39 - 26.10.2026


26 Oktyabr, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) Çinlə 360 milyard avroluq ticarət kəsirini azaltmaq və yerli sənayeni qorumaq məqsədilə kimyəvi maddələr, mebel və maşınqayırma kimi sahələrdən Çin məhsullarının idxalını məhdudlaşdırmağı planlaşdırır.

Qaydaların 2027-ci ilin birinci rübündə tətbiq olunacağı və kvotalar yaxud əlavə gömrük rüsumları şəklində həyata keçiriləcəyi bildirilir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sənaye sahələrinin müraciətinə cavab olaraq müdafiə tədbirlərinin görüləcəyini təsdiqləyib.

Qeyd edək ki, Aİ daha əvvəl hibrid avtomobillərin idxalını illik 350 min ədəd səviyyəsində məhdudlaşdırmaq üçün Pekinlə analoji razılıq əldə etmişdi.