Fransada etirazlar və maliyyə şoku: İstehlakçı inamı 13 ilin ən aşağı səviyyəsinə yuvarlandı

12:22 - 27.10.2026


27 Oktyabr, Fineko/abc.az. Fransada istehlakçı inam indeksi oktyabr ayında 5 bənd azalaraq 80-ə geriləyib. Bu, 2013-cü ildən bəri ən aşağı göstəricidir və 85 bəndlik analitik proqnozlarından xeyli aşağıdır.

Milli Statistika İnstitutunun (Insee) hesabatına görə, göstəricinin kəskin düşməsinə dövlət istiqrazlarının kütləvi satışından sonra borclanma xərclərinin artması və oktyabrın ortalarında həyat bahalığına qarşı keçirilən etirazların zorakılıqla müşayiət olunması təsir edib. Fransada ev təsərrüfatlarının maliyyə vəziyyəti, işsizlik və inflyasiya gözləntiləri pisləşib.

Cümə günü açıqlanacaq rəsmi məlumatlarda inflyasiyanın 3,6%-ə yüksələcəyi, III rüb üzrə ÜDM artımının isə cəmi 0,1% olacağı gözlənilir.